Virus İİV kimi qalıcı ola bilər: ÜST-dən qorxulu AÇIQLAMAbackend

Virus İİV kimi qalıcı ola bilər: ÜST-dən qorxulu AÇIQLAMA

Virus İİV kimi qalıcı ola bilər: ÜST-dən qorxulu AÇIQLAMA…

“Koronavirus cəmiyyətimizdə endemik olaraq qala bilər”

Hokm.az Cebhe.info-ya istinadla xəbər verir ki, bunu ÜST-ün bu gün Cenevrədə keçirilmiş brifinqində Fövqəladə Vəziyyətlər Proqramının direktoru Mayk Ryan çıxışında deyib.

Onun sözlərinə görə, bu virus İİV (İnsanda İmmunçatışmazlığı Virusu) kimi qalıcı ola bilər:

“Bir məsələ haqqında danışmağın vacib olduğunu düşünürəm. Bu virus cəmiyyətimizdə endemik olaraq qala bilər. Bu virus heç vaxt bitməyə bilər. Necə ki, İİV də getmədi və şərtlərinə öyrəşdik”.

O İİV-ə qarşı müalicə və profilaktik üsullar tapıldığını, nəticədə insanların əvvəlki kimi ondan qorxmadığını da qeyd edib.

  •  (1)
  •  (2)