Vilyam Hacıyevdə pnevmaniya aşkar edildibackend

Vilyam Hacıyevdə pnevmaniya aşkar edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org-un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, Bakı İstintaq Təcridxanasından təqsirləndirilən şəxs Vilyam Hacıyevdə ağ ciyərin pnevmaniya əlamətləri aşkar edilib, təqsirləndirilən şəxsin hərarəti 37,4 dərəcə müəyyən edilib. Bu səbəbdən təqsirləndirilən şəxsin məhkəmədə iştirakı mümkün deyil.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin iştirakı olmadığı üçün proses oktyabrın 8-nə keçirilib.

  •  (0)
  •  (0)