Vilayət Eyvazovdan yeni təyinatlarbackend

Vilayət Eyvazovdan yeni təyinatlar

Sumqayıt şəhər Polis İdarəsində yeni təyinatlar olub.
Lent.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin rəisi, polis kapitanı Xalid Günəsov tutduğu vəzifədən azad edilərək 3-cü polis bölməsinin rəisi təyin edilib.
Vilayət Eyvazovun digər əmri ilə Sumqayıt şəhər Polis İdarəsi rəisinin köməkçisi, polis polkovnik-leytenantı Bəhruz Musayev isə 2-ci polis bölməsinin rəisi təyin edilib.
  •  (0)
  •  (0)