Vilayət Eyvazovdan yeni təyinatbackend

Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəis müavini təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, DİN-in əməkdaşı, polis mayoru Emil Əhmədov NİİM-in rəis müavini təyin olunub.

DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

 

Qeyd edək ki, NİİM-in rəisi polis polkovnik-leytenantı Namidan Piriyevdir.v

  •  (0)
  •  (0)