Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Hokm.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Rövşən Tağıyev Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi vəzifəsinə təyin edilib.