Vilayət Eyvazovdan yeni təyinatbackend

Vilayət Eyvazovdan yeni təyinat

Ağcabədi rayon polis şöbəsində kadr dəyişikliyi olub.

Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Rüfət Məmmədov Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl rayon Polisinin istinadən bölməsinin rəisi işləyib.

oxu.az

  •  (0)
  •  (0)