Vilayət Eyvazovdan yeni TƏYİNATbackend

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər orqanında kadr dəyişikliyi olub.

Hokm.az bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Nizami Paşayev tutduğu vəzifədən azad olunub.

Nazirin digər əmri ilə N.Paşayev Sumqayıt Şəhər Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi təyin edilib.

  •  (0)
  •  (0)