Vilayət Eyvazovdan yeni təyinatbackend

Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini təyin edilib. O, bu təyinata qədər Daxili İşlər Nazirliyində çalışıb.

Qeyd edək ki,  keçən ay Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Sadiq Heydərov vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rəis təyin edilib. unikal.org

  •  (0)
  •  (0)