Vilayət Eyvazov vətəndaşlarla kobud davranan rəisi işdən çıxartdıbackend

Vilayət Eyvazov vətəndaşlarla kobud davranan rəisi işdən çıxartdı

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov paytaxt rayonlarından birinin yol polisi rəisini vəzifəsindən azad edib.

Hokm.az xəbər verir ki, V.Eyvazovun əmri ilə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Onun vətəndaşlarla mütəmadi olaraq kobud rəftar etməsi haqda DİN rəhbərliyinə çoxlu şikayət daxil olub. Daxili araşdırma nəticəsində nazirin əmri ilə M.Fətəliyev vəzifəsindən azad olunub.Qafqazinfo
  •  (1)
  •  (1)