Vilayət Eyvazov şəhid övladını rəis müavini təyin etdibackend

Vilayət Eyvazov şəhid övladını rəis müavini təyin etdi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə, Goranboy rayon Polis şöbəsinin Cinayət -Axtarış  bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov Göygöl RPŞ-nın Sarısu bölməsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, S.Əsgərovun atası Xəzanı Əsgərov 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub.///oxu.az

  •  (0)
  •  (0)