Vilayət Eyvazov şəhid oğluna VƏZİFƏ VERDİbackend

Vilayət Eyvazov şəhid oğluna VƏZİFƏ VERDİ

Daxili işlər nazirliyində kadr dəyişikliyi olub.

Hokm.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Şuşa Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşı Əsgərov Sənan Xəzani oğlu Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Əsgərov şəhid Xəzani Əsgərovun oğludur.

  •  (0)
  •  (0)