Vilayət Eyvazov rəisi təqaüdə göndərdibackend

Vilayət Eyvazov rəisi təqaüdə göndərdi

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Hokm.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Göyçay Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Qiyas Beybutov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Hələlik onun yerinə təyinat yoxdur.oxu.az

  •  (0)
  •  (1)