Vilayət Eyvazov polkovnik-leytenantı işdən çıxardıbackend

Vilayət Eyvazov polkovnik-leytenantı işdən çıxardı

Azərbaycanda rəis müavini işdən azad olunub. 
Hokm.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.
Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir.
  •  (4)
  •  (3)