Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdibackend

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Zaur Nəsirov vəzifəsindən azad edilərək Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Hokm.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Zaur Nəsirov 1980-cı ildə Xankəndi şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüqüq fakultəsini bitirib.

 

Həmin ildən daxili işlər orqanlarında xidmət edir.anews
  •  (0)
  •  (1)