Vilayət Eyvazov polis mayoruna vəzifə verdibackend

Vilayət Eyvazov polis mayoruna vəzifə verdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinə yeni rəis təyin olunub.

Publika.az-ın verdiyi məlumata əsasən, polis mayoru Eldar Əliyev bu quruma rəis təyin edilib.

Yeni rəis bir müddət öncə yaş həddi ilə bağlı təqaüdə göndərilən qurumun Mayıs Əhmədovu əvəz edib.

  •  (0)
  •  (1)