Vilayət Eyvazov Milli Qəhrəmanın oğluna yüksək vəzifə verdibackend

Vilayət Eyvazov Milli Qəhrəmanın oğluna yüksək vəzifə verdi

Daxili İşlər Nazirliyində daha bir mühüm vəzifəyə təyinat gerçəkləşdirilib.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Elsevər Mirzəyev DİN Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Elsevər Mirzəyev Qarabağ döyüşlərində ilk nizami özünümüdafiə batalyonunu – Ağdam taborunu qurmuş əfsanəvi döyüşçü-komandir, şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyevin oğludur. (Strateq.az)

  •  (0)
  •  (0)