Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə TƏYİN ETDİbackend

Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Hokm.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.

Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-mayor Yaşar Əliyevin qohumudur.

  •  (0)
  •  (1)