Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDIbackend

Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov vəzifəsindən azad edilib.

Hokm.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Rafiq Bağırov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Hələlik onun yerinə təyinat yoxdur.

  •  (0)
  •  (0)