Vilayət Eyvazov deputatın atasını yüksək vəzifəyə Təyin etdi – ƏMRbackend

Vilayət Eyvazov deputatın atasını yüksək vəzifəyə Təyin etdi – ƏMR

Ötən həftə işdən çıxarılan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin rəisinə yeni vəzifə verilib.

Manşet.azın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə  “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Xəqani Cəfərov Bakı Neft Emalı Zavodunun mühafizə üzrə Polis Şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Xəqani Cəfərov Milli Məclisin deputatı Kamal Cəfərovun atasıdır.

 

  •  (2)
  •  (1)