Vilayət Eyvazov baş leytenantı rəis təyin etdibackend

Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi

Göygöl Rayon Yol Polis bölməsinə rəis təyin edilib.

Hokm.az bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə baş leytenant Rəşad Məmişov təyin edilib.

Qeyd edək ki, Rəşad Məmişov daha əvvəl Daşkəsən rayonu Dövlət Yol Polisinin baş inspektoru vəzifəsində çalışıb.

  •  (0)
  •  (2)