Vilayət Eyvazov 2 posta yeni komandir təyin etdibackend

Vilayət Eyvazov 2 posta yeni komandir təyin etdi

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayında kadr dəyişikliyi edilib. Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Hokm.az avtosfer.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə polis kapitanı Elnur Zeynalov YPX Alayının 9-cu tağımının komandiri vəzifəsindən azad olunaraq, 13-cü tağıma (Bərdə postuna) komandir təyin edilib. Nazirin digər əmri ilə polis leytenantı Zaur Məmmədov Alayın 9-,cu tağımına (Şəmkir postuna) komandir vəzifəsinə təyin edilib.

  •  (0)
  •  (0)