Vikipediya Azad Rəhimovu “öldürdü” – FOTObackend

Vikipediya Azad Rəhimovu “öldürdü” – FOTO

Vikipediya ensiklopedik platformasında Gənclər və İdman naziri Azad Rəhimovun dünən vəfat etdiyi qeyd olunub.

Hokm.az xəbər verir ki, dünən nazirin ölüm xəbərinin yayılmasında sonra qurum buna rəsmi münasibət bildirib.

 

Belə ki, Gənclər və İdman Nazirliyinin sözçüsü Səmayə Məmmədova qurum rəhbərinin vəziyyətinin ağır olduğunu söyləyib. O həmçinin mətbuatda yayılan xəbərlərin doğru olmadığını dilə gətirib.

Lakin bu açıqlamaya qədər və bundan sonra Azad Rəhimovun həyatını itirdiyi sosial şəbəkələrdə geniş yayıldı. Onun ölmədiyi rəsmi olaraq bildirilsə də, buna inananlar az oldu.

Bundan sonra isə Azad Rəhimov haqda Vikipediya yer alan məqalədə isə nazirin ölüm tarixi qeyd olunub. Belə ki, A.Rəhimovun 28 aprel 2021-ci ildə, 56 yaşında vəfat etdiyi yazılıb. ölkə.az

  •  (0)
  •  (0)