Vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırıldıbackend

Vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırıldı

Hava nəqliyyatı vasitəsilə daha 23 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

Nazirlər Kabineti burnunla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müvafiq dəyişiklik edib.

Həmin ölkələr aşağıdakılardır:

– Argentina Respublikası;

– Avstraliya İttifaqı;

– Braziliya Federativ Respublikası;

– Bruney Darüssalam;

– Cənubi Koreya Respublikası;

-Çili Respublikası;

– Ekvador Respublikası;

– Kamboca Krallığı;

– Kosta Rika Respublikası;

– Kuba Respublikası;

– Küveyt Dövləti;

– Qazaxıstan Respublikası;

– Maldiv Respublikası;

– Meksika Birləşmiş Ştatları;

– Mərakeş Krallığı;

– Monqolustan;

– Monteneqro;

– Norveç Krallığı;

– Oman Sultanlığı;

– Panama Respublikası;

– Salvador;

– Uruqvay Şərq Respublikası;

– Yeni Zelandiya.

  •  (0)
  •  (0)