Vətəndaşlara üçüncü doza peyvənd vurdurmaq tövsiyə edildibackend

Vətəndaşlara üçüncü doza peyvənd vurdurmaq tövsiyə edildi

“Koronavirus əleyhinə vurulan peyvəndin iki dozası ömürlük immunitet yaratmır. Yəni zamanla öz effektini itirmiş olur.
Ona görə də iki dozanı vurduran şəxslərə immun yaddaşını gücləndirmək üçün üçüncü dozanı vurdurmaq tövsiyə edilir”.
Hokm.az report-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, yeni ştamlardan qorunmaq üçün immunitet bir daha gücləndirilməlidir: “İlk növbədə səhiyyə işçilərinə bu dozanı vurdurmaq tövsiyə edilir.
Çünki onlar daim koronaviruslu xəstələrlə təmasda olurlar. İkinci növbədə yaşlı şəxslər, daha sonra xroniki xəstəliyi olanların bu dozanı qəbul etmələri məsləhətdir.
Təbii ki, bu, məcburi hal deyil. Burada heç bir iqtisadi maraq güdülməməlidir.
Dünya təcrübəsi əsas götürülərək vətəndaşlara üçüncü dozanın vurulması məqsədəuyğun hesab edilib”.
Mütəxəssis bildirib ki, istənilən vaksin növündən üçüncü dozanın vurulmasında istifadə oluna bilər.
  •  (0)
  •  (0)