Vətən Müharibəsindəki qələbəmiz Azərbaycan tarixinin ən mükəmməl səhifəsi kimi yaddaşlarda qalacaqdırbackend

Vətən Müharibəsindəki qələbəmiz Azərbaycan tarixinin ən mükəmməl səhifəsi kimi yaddaşlarda qalacaqdır

2016-cı ilin aprel ayında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi və ətraf ərazilər düşmən işğalından azad edildi. 14 iyun 2017-ci il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin qısa zanman ərzində bərpadan sonar açılışında iştirak edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu kəndin bərpasının, düşmən tapdağında olan torpaqlarımıza “Böyük qaydış”ın başlanğıcı olduğunu söyləmişdir.

Bəli, artıq hər bir azərbaycanlıda Vətənin tezliklə bütövləşəcəyinə, torpaqlarımızın işğaldan azad ediləcəyinə ciddi inam yaranmışdı. Lakin düşmən azğınlığından əl çəkmir zaman-zaman təmas xəttində, cəbhəboyu ərazilərimizdə təxribatlar törətməkdən çəkinmirdi. Düşmən 2020-ci il 12 iyul tarixində bu dəfə Tovuz rayonu istiqamətində təxibatlar törətdi və layiqli cavabını aldı. 27 sentiyabr 2020-ci ildə törətdiyi təxribata, cinayətə görə isə düşmən Müzəffər ordumuz tərəfindən heç vaxt sağalmayacaq ölümcül zərbə aldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun bu təxribata cavab olaraq əks-hücum əməliyyatlarına başlanması barədə tarixi qərarı verdi. Xalq–Pre¬zident–Ordu birliyi Vətən müharibəsində əsas amil idi. Azərbaycanın qələbəsində dövlət baş¬çısının dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, xalq-hakimiyyət birliyi ərazi bütövlüyümüzün bərpasında, torpaqla¬rımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı. Bu birlik dəmir yumruğa çevrilərək 44 gün ərzində düşmən mövqelərini darmadağın etdi. Sarsıdıcı məğlubiyyət düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ali Baş Komandan İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-ad¬dım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirak etdiyi ən yüksək beynəlxalq mərasimlərin tribuna¬larından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Yeri gəlmişkən, müharibənin davam et¬diyi günlərdə Dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də Respublikamızın haqq səsini dünya ictimaiyyətinə çatdırdı. Bu uğurlu və uzaqgörən siyasət nəticəsində həm Vətən müharibəsi dövründə, həm də müharibədən sonrakı dövürdə beynalxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb, Azərbaycanın haqlı olduğunu bildirirlər.

Hərbi əməliyyatların gedişində Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texni¬kası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın Dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi. Müharibədən sonra şəhidlərimizin yaxınlarına, qazilərimizə olan dövlət qayğısı, onların sosial məsəllərinin həlli yolunda qəbul olunan qərarlar bu birliyi daha da möhkəmləndirdi. Azərbaycan Vətən müharibəsindəki qələbəsi Ağdam, Laçın və Kəlbəcərin siyasi yolla azad olunması diplomatik qələbəmizin nəticəsi idi. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində üç ölkə arasında əldə edilən razılaşmada Azərbaycanın ərazi bütövlüyünün tanınması, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirakı tarixi əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsi dövründə və sonrakı müddətdə Türkiyə Cümhurriyətinin ölkəmizə verdiyi qardaş dəstəyi bizə əlavə güc verdi. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın ağır məğlubiyyətinin ifadəsidir. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.

Nicat Cəfərov Neftçala rayon sakini, müəllim

  •  (0)
  •  (0)