Vergi borclarına görə “STOP” qoyulanların sayı açıqlandıbackend

Vergi borclarına görə “STOP” qoyulanların sayı açıqlandı

2019-cu ildə 706,2 milyon manat borcu olan vergi ödəyiciləri üzrə 3656 şəxsin ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılıb.

Hokm.az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyində bildirilib.

Məhdudiyyətlərin tətbiq olunması nəticəsində ötən il ərzində həmin borclulardan 3318 şəxs üzrə 29,7 milyon manat borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Əvvəlki illərdə görülən tədbirlər də nəzərə alınmaqla, 2020-ci ilin yanvarın 1-i tarixinə 1 milyard 360 milyon 800 min manat borcu olan vergi ödəyiciləri üzrə 5417 şəxsin ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılıb.

Hesabat ili ərzində əsas vergi borcu 20 min manatdan yuxarı olmaqla, cinayət tərkibi yaradan 245 sayda vergi ödəyicisinin 65,7 milyon manat məbləğində borcuna görə materiallar aidiyyəti üzrə göndərilib.

Əvvəlki illərdən araşdırılan materiallar da nəzərə alınmaqla, ümumilikdə 546,3 milyon manat borcu olan 797 vergi ödəyicisinin vəzifəli şəxsləri barədə cinayət işləri açılıb.

 

  •  (0)
  •  (0)