Vərəm xəstələri arasında yoluxma hansı səviyyədədir? – AÇIQLAMAbackend

Vərəm xəstələri arasında yoluxma hansı səviyyədədir? – AÇIQLAMA

Koronavirusa yoluxmuş vərəm xəstələri arasında dərmanlara həssas və davamlı olanlar var.

Hokm.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

“Respublikada müştərək Vərəm/COVID-19 infeksiyalı xəstələrin müalicəsi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli infeksiyalar şöbəsində həyata keçirilir. 2020-2021-ci illər ərzində ETAXİ-nin həmin şöbəsində Vərəm/COVID koinfeksiyalı xəstələr stasionar müalicədə olub, onların arasında həm vərəmin dərmanlara həssas forması, həm də vərəmin dərmanlara davamlı forması olan xəstələr müəyyən edilib”, – deyə o bildirib.

  •  (0)
  •  (0)