Vəkillər Kollegiyasından 3 vəkil barəsində QƏRARbackend

Vəkillər Kollegiyasından 3 vəkil barəsində QƏRAR

Vəkillər Kollegiyasınin Rəyasət Heyətinin bu gün keçirilən iclasında 3 vəkil barəsində dövlət orqanları tərəfindən verilən şikayətə baxılıb. 

Hokm.az E-huquq.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Ceyhun Yusifov məlumat verib.

C. Yusifov deyib ki, iclasda Vəkillər Kollegiyası kifayət qədər prinsipial mövqe nümayiş etdirib: “Vəkillər Kollegiyası Baş Prokurorluğunun mənim, Penitensiar Xidmətin Şəhla Hümbətova və Abşeron rayon Məhkəməsinin Coşqun İsgəndərov barəsində etdiyi şikayətlərə  baxdı. Hər 3 dövlət orqanı tərəfindən edilən şikayətlərlə bağlı heç bir vəkilə hər hansı bir cəza tədbiri görülmədi. Gələcək fəaliyyət dövründə hər hansı bir nöqsana yol verilməməsi, qanunvericiliyin tələblərinə və etik davranış qaydalarına əməl edilməsi ilə bağlı şifahi xəbərdarlıq edildi. Hesab edirəm ki, Vəkillər Kollegiyası kifayət qədər prinsipial olan hər üç şikayətdə vəkillərin hüquq və mənafeyini tam qorudu”.

  •  (0)
  •  (0)