Vazgen Manukyan Paşinyanı istefaya çağırdıbackend

Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

Ermənistanın Milli Demokrat İttifaqının lideri Vazgen Manukyan Paşinyan hökumətini istefaya çağırıb.

Hokm.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Vazgen Manukyan ermənilərə müraciəti zamanı tarixin ən biabırçı və dağıdıcı səhifələrindən birini yaşayırıq:

” Ermənistan təhlükə altındadır. Hər şeyi itirə bilərik. Bu hökumət istefaya getməlidir. Hakimiyyət orduya təhvil verilməlidir. Dağıdıcı zərbələr olmadan bu proses könüllü olaraq həyata keçməlidir”.

Qeyd edək ki, Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı əks-həmlə əməliyyatı davam edir. Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən Ermənistan ordusu minlərlə hərbçisini itirib. Çox sayda hərbçiləri döyüşdən imtina edərək mövqeləri qoyaraq qaçıb. Paşinyan son çarə olaraq qadınları, yaşlıları hətta, uşaqları cəbhəyə döyüşməyə çağırıb.Yeniavaz.com

  •  (0)
  •  (0)