Vasif Bağırov vəzifəsindən azad edildibackend

Vasif Bağırov vəzifəsindən azad edildi

Baku Steel Construction ASC-nin İdarə Heyətinin sədri Vasif Bağırov vəzifəsindən azad edilib.

Hokm.az Report-a istinadən xəbər verir ki, səhmdar cəmiyyətinə sədrlik Həmid Zeynalova həvalə olunub.
Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,512 milyon manatdır. Şirkətin səhmlərinin 80%-nə bir qədər əvvəl rəhbərliyi dəyişdirilmiş “Baku Steel Company” MMC, 16,8%-nə iş adamları Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC, 3,2%-nə isə fiziki şəxslər (əsasən əmək kollektivi) nəzarət edir.
  •  (0)
  •  (1)