Vaqif Dərgahlı: “Bugünkü döyüşlərdə helikopterlərdən istifadə edilmir”backend

Vaqif Dərgahlı: “Bugünkü döyüşlərdə helikopterlərdən istifadə edilmir”

Ermənistan tərəfinin guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yaydığı məlumat onların növbəti dezinformasiyasıdır.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib:

“Bildiririk ki, Azərbaycan Ordusu bu gün keçirilən əməliyyatlarda helikopterlərdən istifadə etməyib”.

  •  (0)
  •  (0)