Dünya şöhrətli kino ulduzu Jan Klod Van Dam ABŞ-ın Kaliforniya ştatının erməniləşmiş Qlendeyl şəhərindəki qarışıq döyüş növləri üzrə məşq zalında gözə dəyib.

Hokm.az Moderator.az-a istinadən xəbər verir ki, Ermənistan nəşrlərinin yaydığı məlumata görə, məşhur döyüş filmləri aktyoru erməni məşqçi Roma Kələntaryan(bəlkə də Sergey Lavrov-Kələntaryanın qohumudur-S.L.) və digər dığa və axçiklərlə birgə məşq edib.
Xatırladaq ki, ötən ilin oktyabrında Qəbələ rayonunun Vəndam kəndində məşhur heykəltaraş Azad Əliyevin müəllifliyi ilə Van Dama abidə qoyulub. Bir müddət sonra aktyor sosial şəbəkədə bununla bağlı paylaşma edərək minnətdarlığını ifadə edib…

















