Vaksinlərin koronanın yeni növünə qarşı effekti… – Direktorbackend

Vaksinlərin koronanın yeni növünə qarşı effekti… – Direktor

Pandemiya üçün hazırlanan vaksinlərin virusun yeni ştamına qarşı nə dərəcədə effektiv olması onların necə hazırlanmasından asılıdır.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

“Son vaxtlar molekulyar bioloji və biotexnoloji üsullar əsasında hazırlanan vaksinlərdə bu baxımdan narahatlıq ola bilər. Çünki onlar dəyişikliklərin baş verdiyi spayk proteindən asılıdır. Buna görə də effektivliyi 95 faiz qiymətləndirilən vaksinlərin effektiv olma faizi aşağı düşə bilər. Bu faizin tam olmasa da, düşəcəyi gözlənilir. Çünki həmin o proteində əmələ gələn dəyişiklik vücudumuzdakı immun sisteminə təsir edir və antitellər əmələ gəlir. Vaksinin əmələ gətirdiyi antitel mutasiyadan öncəki virusun proteininə qarşı idi. Ona görə də o, onu yaxalayacaqdı”.

A.Allahverdiyev qeyd edib ki, hazırlanan vaksinləri mutasiyaya uğramış virusa uyğunlaşdırmaq mümkündür. Bunun üçün qiymətləndirmələr aparıla bilər:

“Vaksini hazırlayanlar üçün bunu etmək o qədər də çətin deyil. Onlar həmin xəstələrdən virusu izolə edəcəklər. Bundan sonra onlar mutasiyaya uğramamış virusu insanların bədənində yaranan antitellərlə neytralizə edəcəklər. Məncə, bunu qısa zaman ərzində biləcəklər ki, köhnə vaksinlər yeni virusa nə qədər əngəlləyə bilər”.

  •  (0)
  •  (1)