Vaksinin üçüncü dozasını vurduranlar xəstəliyi 20 dəfəyə qədər yüngül keçirir – İnfeksionistbackend

Vaksinin üçüncü dozasını vurduranlar xəstəliyi 20 dəfəyə qədər yüngül keçirir – İnfeksionist

Pandemiyanın ölkəmizdə artan xətlə davam etdiyi bir vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir.

Bunu Trend-ə infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

M. Əliyev bildirib ki, koronavirusa yoluxma artsa da əvvəlki kimi alovlanmalar gözlənilmir.

“Səbəb isə ölkəmizdə həm vaksin vurduranların, həm də xəstəliyə yoluxub-sağalanların sayı kifayət qədərdir. Hazırda koronavirusa yoluxanlar arasında peyvənd olunmayanlar və heç yoluxmayanlar üstünlük təşkil edir. Təkrar yoluxma isə çox azdır. Yaza qədər asta templə də olsa, yoluxmada artım müşahidə ediləcək. Yazdan sonra azalmalar olacaq.

Vaksin vurulandan altı ay sonra orqanizmdə anticisimlər azalır. Buna görə immunitet zəifləyir, üçüncü dozanın vurulması zərurəti yaranır. Vaksinin üçüncü dozasını vurduranların sağlamlığında müsbətə doğru ciddi fərq hiss olunur.

Belə ki, vaksinin üçüncü dozasını vurduranlar koronavirusa az yoluxur, yoluxarsa da xəstəliyi 20 dəfəyə qədər yüngül keçirirlər”.

  •  (0)
  •  (0)