Vaksinin 3-cü dozasına ehtiyacı olan qruplar açıqlanıbbackend

Vaksinin 3-cü dozasına ehtiyacı olan qruplar açıqlanıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhətçi Qrupu koronavirusa qarşı peyvəndinin üçüncü dozasına ehtiyacı olan bir qrup şəxsin adını açıqlayıb.

Bu barədə The New York Times qəzeti xəbər verib. Xüsusilə, immuniteti zəif olan insanlar üçün COVID-19- qarşı əlavə dərman dozası tövsiyə olunur. Bu tövsiyə Pfizer-BioNTech, Moderna, AstraZeneca, Covishield, Johnson & Johnson, Sinopharm və Sinovac vaksinləri vurduran hər kəsə aiddir. Bundan əlavə, Çin vaksinləri olan Sinovac və ya Sinopharm ilə peyvənd olunan 60 yaşdan yuxarı insanların üçüncü dozası ilə peyvənd olunması məsləhət görülüb.

  •  (0)
  •  (0)