Vaksindən sonra koronavirusa yoluxmaq mümkündür, amma… – Professordan XƏBƏRDARLIQbackend

Vaksindən sonra koronavirusa yoluxmaq mümkündür, amma… – Professordan XƏBƏRDARLIQ

Vaksin olunduqdan sonra koronavirusa yoluxma ehtimalı qalır.

Hokm.az xəbər verir ki, bunu Türkiyə İmmunologiya Dərnəyinin sədri, professor Barbaros Oral deyib.

Onun sözlərinə görə, vaksinasiyadan sonra insanlar xəstəliyi daha yüngül keçirir və ya heç keçirmir: “Bu səbəbdən vaksinin hazırlığında infeksiyadan sonra yaranan antitellərin virusun hədəflədiyi hüceyrəyə bağlanıb-bağlanmadığı test edilir. Amma prosesdə istifadə olunan ELISA kitləri antitellərin bu özəlliyinin olub-olmadığını təyin edə bilmir. Buna görə də antitellərin var olduğu təsbit edilən şəxslər pandemiya dövründə qoruyucu tədbirləri əldən verməməlidir”.

Professor vaksindən sonra orqanizmdə hormonal dəyişikliklərin gedib-getməməsi barədə sualı belə cavablandırıb: “Bununla bağlı sübut yoxdur. Amma vaksinlərə diabet kimi hormonal xəstəlikləri olanların, qadın və kişilərin, həmçinin hamilə qadınların reaksiyası fərqli ola bilər”.Publika.az

  •  (0)
  •  (0)