Vaksinasiya edilmiş şəxslər maskasız görüşə bilərlər – ABŞ-dan yeni qərarbackend

Vaksinasiya edilmiş şəxslər maskasız görüşə bilərlər – ABŞ-dan yeni qərar

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) koronavirus infeksiyası əleyhinə vaksinasiya edilmiş şəxslərin müəyyən mənada normal həyata qayıda biləcəklərini elan edib.

Hokm.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Yeni qaydalara görə, peyvənd olunanlar bir-biriləri ilə normal qaydada, sosial məsafə qaydaları olmadan görüşə, vaxt keçirə bilərlər. Vaksinin son dozası vurulduqdan 2 həftə sonra insan virusa qarşı immunitet qazanmış hesab olunur.

Qeyd edək ki, ABŞ-da əsasən “Moderna” və “Pfizer” şirkətlərinin istehsalı olan COVID-19 əleyhinə vaksinlərdən istifadə edilir. İndiyədək ölkədə 30 milyondan çox insan peyvənd olunub.qazet.az

  •  (0)
  •  (1)