Vaksin olunanlara pul verilməlidir – TƏKLİFbackend

Vaksin olunanlara pul verilməlidir – TƏKLİF

Vətəndaşların vaksinasiya kampaniyasına cəlb etmək və əhalini  stimullaşdırmaq üçün dövlətin büdcəsindən vaksin olunanlara pul ayrılmalıdır, bu təkliflə iqtisatçı Samir Əliyev çıxış edib.

”Təklif edirəm ki, ölkədə əhalini peyvəndlənməyə stimullaşdırmaq üçün dövlət büdcəsindən vaksin olunan və yaşı 17-dən çox olan hər vətəndaşa 100 manat pul verilsin. Söhbət təxminən 7,5 milyon nəfərdən gedir,  3-cü dozanı vurduranlara əlavə 50 manat verilsin. Gəlin, biz də bu istiqamətdə kampaniyaya başlayaq”,  – deyə o, Facebook hesabında bildirib.
Bir çox ölkələrdə vaksinləri stimullaşdırmaq üçün müəyyən maddi ödənişlərin edilməsi təcrübəsi müşahidə olunur. Məsələn,  Rusiyada bu daha çox təqaüd alanlara şamil edilir, onlar üçün təqribən 10000 rubla yaxın ödənişlər nəzərdə tutulur. Bəzi Avropa ölkələrində də belə təkliflər səsləndirilir.

 

Azərbaycana gəlincə iqtisadçı Natiq Cəfərli Anews.az-a bildirib ki,  bu kimi kampaniyalara vaksinasiya prosesinin başlanğıcında start verilməli idi. İndi necə deyərlər qatar ötüb keçib.
”Azərbaycanda kifayət qədər insana 1 və 2-ci doz vaksin vurulub,  minlərlə  insan bu prosesdən keçib. Bundan sonra vaksin vurduranlara əlavə ödənişlərin verilməsi qəbul olunarsa, bu günə qədər vaksin olunan insanların hüquqlarına mənfi təsir göstərər. Əgər ödəniş olunacaqsa, hər kəsə eyni  yanaşma olmalıdır”.

Onun  təklifinə görə, əhaliyə güzəştlər daha çox kommunal xidmətlər  sahəsində olmalı, kommunal xidmətdə olunan məntiqsiz limitlər aradan qaldırılmalıdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyevin fikrincə, vaksinasiya prosesi normal gedir. Dövlət tərəfindən vaksinasiyanı stimullaşdırmaq  istiqamətində  vəsaitin xərclənməsinə lüzum yoxdur. “Tanıdığım çox insan vaksinasiya olunub, hətta 3-cü dozanı vurduranlar da var. Dövlət tərəfindən pul veriləcəksə,  elə bir seçimimiz varsa, aztəminatlı ailələrə vəsait  verilə bilər.  Vaksinasiyanı stimullaşdırmaq üçün pul təklifi irəli sürmək doğru olmaz”,  – deyə millət vəkili vurğulayıb.

2021-ci il noyabrın 1-ə Azərbaycanda 4,402.511 nəfər hər iki doza vaksin vurdurub. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan Respublikasının əhalisi 10 milyon nəfər təşkil edir. Bunun da 2,636.7 00 nəfəri 18 yaşdan az əhali qrupuna daxildir. Demək, ölkə əhalisinin 58% vaksinasiya olunub.  Azərbaycanda COVID-19-a yoluxanların sayı isə noyabrın 1-ə 532.570 nəfət təşkil edir.
  •  (1)
  •  (0)