Vahid Əhmədov: “Azərbaycan Ermənistanı hərbi kapitulyasiyaya uğratdı və qələbə qazandı”backend

Vahid Əhmədov: “Azərbaycan Ermənistanı hərbi kapitulyasiyaya uğratdı və qələbə qazandı”

Prezidentin 10 noyabr tarixində qəbul etdiyi bəyanatı Fransa qəbul etmək istəmədi, çünki Fransa tarix boyu Ermənistanın yanında olub.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz:

“Çünki onlar birtərəfli mövqe tutdular. Fransanın ATƏT-ın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması irəli sürülməlidir. Əks halda biz də Türkiyənin Minsk qrupuna daxil olmasını tələb etməliyik”.

V.Əhmədov onu da qeyd edib ki, vətəndaş olaraq onu narahat edən bəzi məsələlər də var:

“Bu məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə idarəçiliyin təmin olunmasıdır. Mən bir vətəndaş kimi Azərbaycan bayrağının Xocalı, Xocavənd və Xankəndində də dalğalandırılmasını istərdim. Ümumilikdə, Azərbaycan Ermənistanı hərbi kapitulyasiyaya uğratdı və qələbə qazandı”.

  •  (1)
  •  (0)