ÜZÜCÜ XƏBƏR! Xalq artistimiz koronavirusa yoluxdu – Xəstəxanaya YERLƏŞDİRİLDİbackend

ÜZÜCÜ XƏBƏR! Xalq artistimiz koronavirusa yoluxdu – Xəstəxanaya YERLƏŞDİRİLDİ

Azərbaycanın Xalq artisti, kino rejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.

Hokm.az Report-a istinadən xəbər verir ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Xalq artistinin xanımı Zümrüd Əzizbəyli bildirib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:

“Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”.

  •  (0)
  •  (0)