Üzrlü səbəbdən imtahana qatıla bilməyən tələbələrlə bağlı – AÇIQLAMAbackend

Üzrlü səbəbdən imtahana qatıla bilməyən tələbələrlə bağlı – AÇIQLAMA

Təhsil Nazirliyi üzrlü səbəbdən imtahanlara qatıla bilməyən tələbələrin necə imtahan verəcəyini açıqlayıb.
Hokm.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.

“Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı Ali təhsil müəssisələrində tədrisini təşkilinə dair qaydalara uyğun olaraq müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərti ilə  müəyyənləşdirilir”, – nazirlik rəsmisi vurğulayıb.
  •  (0)
  •  (0)