ÜST: “Yeni COVID-19 ştamının öyrənilməsi həftələr çəkəcək”backend

ÜST: “Yeni COVID-19 ştamının öyrənilməsi həftələr çəkəcək”

B.1.1.529 koronavirusunun yeni variantının xüsusiyyətlərini öyrənmək bir neçə həftə çəkəcək.

Hokm.az “Report”aistinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Kristian Lindmayer bildirib.

“Erkən təhlillər göstərir ki, bu virusda əlavə araşdırma tələb edən çoxlu sayda mutasiya var. Bu variantın təsirini öyrənmək üçün bizə bir neçə həftə lazımdır. Tədqiqatçılar mutasiyaları və onların nə dərəcədə ötürülə biləcəyini müəyyən etmək üçün çalışırlar”, – Lindmayer qeyd edib.

O əlavə edib ki, yeni növ koronavirusun COVID-19-a qarşı vaksinlərin və onun diaqnostik vasitələrinin effektivliyinə potensial təsiri də öyrənilir.

  •  (0)
  •  (0)