ÜST rəhbərindən yeni pandemiyaya hazırlıqla bağlı ÇAĞIRIŞbackend

ÜST rəhbərindən yeni pandemiyaya hazırlıqla bağlı ÇAĞIRIŞ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, qarşıdakı bir neçə ay gələcək pandemiyaya hazırlıq üzrə tədbirlərin görülməsi üçün çox əhəmiyyətli olacaq.

Hokm.az xəbər verir ki, bu bardə TASS məlumat yayıb.

Bildirilib ki, ÜST rəhbəri, qarşıdakı üç ayın pandemiyaya hazırlıq və reaksiyanın formalaşması üçün əhəmiyyətli kritik dövr olacağını deyib.

Qebreyesus xatırladıb ki, sentyabrda BMT Baş Assambleyasının sessiyası başlayacaq, həmçinin “Böyük iyirmilik” sammiti, sonra isə noyabrda ÜST-ün xüsusi sessiyası keçiriləcək. Bu tədbirlərdə pandemiya, koronavirusa qarşı mübarizə mövzusu geniş müzakirə ediləcək.

ÜST rəhbərinin sözlərinə görə, təşkilat öz sıralarında 194 ölkəni birləşdirərək unikal qlobal mandata malikdir.publika.az

  •  (0)
  •  (0)