ÜST rəhbərindən qarşısıalınmaz yeni virus XƏBƏRDARLIĞIbackend

ÜST rəhbərindən qarşısıalınmaz yeni virus XƏBƏRDARLIĞI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.

Hokm.az xəbər verir ki, Qebreyesus bu barədə Romada G20 maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib

ÜST rəhbəri bildirib ki, Yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan başqa bir virusun nə vaxtsa yaranması “bioloji baxımdan danılmazdır”.

“Bu pandemiyaya son qoysaq belə, yarana biləcək növbəti pandemiyaya hazırlaşmaq üçün bundan dərs çıxarmalıyıq”, – ÜST rəhbəri vurğulayıb apa

  •  (0)
  •  (1)