ÜST-dən ŞOK AÇIQLAMA: ”Rekord göstərici, hələ bu qədər yoluxan olmamışdı”backend

ÜST-dən ŞOK AÇIQLAMA: ”Rekord göstərici, hələ bu qədər yoluxan olmamışdı”

ÜST: ”İndiyədək dünyada 28 637 952 COVID-19-a yoluxma halı təsdiqlənib. Xəstələrin 917 417 nəfəri dünyasını dəyişib.”

Hokm.az metbuat.az-a istinadən xəbər verir ki, ötən sutka ərzində dünyada 308 min insan COVİD 19-a yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatı bu göstəricilərə əsasən məlumat yayıb ki, bu, pandemiya başlayandan bəri rekord göstəricidir.

Öncəki yoluxma sayı sentyabrın 6-da qeydə alınmışdı – 306857 nəfər.

ÜST bildirir ki, indiyədək dünyada 28 637 952 COVID-19-a yoluxma halı təsdiqlənib. Xəstələrin 917 417 nəfəri vəfat edib.

Yoluxma sayına görə hər iki Amerika qitəsi öndədir. Hər iki qitədə cəmi 14,7 milyon insan yoluxub. Cənub-Şərqi Asiya ölkələri 5.4 milyon yoluxma faktı ilə ikinci, Avropa isə 4.8 milyon COVID-19 xəstəsi ilə üçüncüdür.

Qeyd edək ki, ÜST martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib.

  •  (0)
  •  (1)