ÜST-dən “Omikron” AÇIQLAMASI: “delta”dan sürətlidir, amma…backend

ÜST-dən “Omikron” AÇIQLAMASI: “delta”dan sürətlidir, amma…

Koronavirusun yeni ştamı – “omikron” vaksinlər qarşısında nisbətən dayanıqlı olsa da, təhlükəsi “delta” qədər deyil.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının virusun yeni variantı haqda texniki məlumatında deyilir.

“Hazırda məlumatlar məhduddur və vaksinlərin “omikron”a qarşı effektiv olduğunu təsddiqləyən sübutlar yoxdur. İlkin məlumatlar və “omikron” ştamının zülalının kifayət qədər dəyişmiş antigen profili bunu ehtimal etməyə əsas verir ki, vaksinlərin infeksiyaya qarşı effektivliyi azalıb”, – bəyanatda bildirilir.

ÜST-dən vurğulayıblar ki, bununla yanaşı, ilkin məlumatlar yeni ştamın təhlükəsinin daha az olduğunu göstərir, çünki aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar.

Ancaq bu gün omikronu artıq 63 ölkədə aşkarlayıblar. Yayılma sürətinə görə o, “delta”nı keçə bilər, ancaq bunun nə ilə əlaqədar olduğu aydın deyil.

Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştamına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq “Omikron” adı verib. B.1.1.529 variantı ilkin olaraq CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb.

Bir sıra ölkələr Afrikanın səkkiz ölkəsi, o cümlədən CAR-la aviasiya əlaqəsini məhdudlaşdırıb.

Gebreyesusun fövqəladə hallara hazırlıq üzrə müavini Juad Macur isə uçuşlara qadağa qoyulmasının virusun yeni ştamının yayılmasına əngəl olmayacağını deyib.

Azərbaycan Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a bildiriblər ki, yeni ştamla əlaqədar hələ ki, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş qaydalarına dəyişiklik edilməyib.

  •  (0)
  •  (0)