ÜST-dən koronavirusla bağlı PROQNOZ: İkinci il DAHA TƏHLÜKƏLİ olacaqbackend

ÜST-dən koronavirusla bağlı PROQNOZ: İkinci il DAHA TƏHLÜKƏLİ olacaq

Koronavirus pandemiyasının ikinci ili bəşəriyyət üçün birincisindən daha təhlükəli ola bilər.

Hokm.az xəbər verir ki, bu sözləri ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan deyib.

“Biz pandemiyanın ikinci ilinə qədəm qoyuruq və bu il koronavirusun yayılma dinamikasını nəzərə alsaq, daha çətin ola bilər”, – deyə Rayan bildirib.

ÜST rəsmisi əlavə edib ki, son iki həftə ərzində quruma daxil olan məlumatlar yoluxmanın yenidən pikə qalxdığını göstərir.axar.az

  •  (0)
  •  (0)