ÜST-dən HƏYƏCAN TƏBİLİ: hər həftə 4,5 milyon…backend

ÜST-dən HƏYƏCAN TƏBİLİ: hər həftə 4,5 milyon…

Dünya koronavirus infeksiyasına yoluxma baxımından yeni səviyyəyə çatıb, ancaq ölkələrdə vəziyyət fərqlidir.

Hokm.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove deyib.

Onun sözlərinə görə, yoluxma kifayət qədər yüksək səviyyədədir. Hər həftə təxminən 4,4-4,5 milyon infeksiyaya yoluxma faktı qeydə alınır ki, bu da dünyada baş verən yoluxmaların sadəcə rəsmi sayıdır.

Kerxove əlavə edib ki, dünyada hər həftə koronavirusdan 67-68 min ölüm faktı qeydə alınır.

ÜST rəsmisi Amerika qitəsində də yoluxma və ölüm sayının artdığını vurğulayıb.Publika.az

  •  (0)
  •  (0)