ÜST daha yoluxucu COVID-19 tipinin aşkarlandığını bildiribbackend

ÜST daha yoluxucu COVID-19 tipinin aşkarlandığını bildirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) keçən həftə Böyük Britaniyada aşkarlanan daha yoluxucu COVID-19 tipi barədə danışıb.

Hokm.az Trend-ə istinadən bildirir ki, ÜST öz “Twitter” hesabında yeni SARS-CoV-2 koronavirus ştammını şərh edib.

Təşkilat bidirib: “Yeni tip COVID-19 ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx təmasdayıq. Məlumat və təhlil nəticələri və davam edən tədqiqatları bölüşməyə davam edəcəklər. Bu tip virusların xüsusiyyətləri və nəticələri barədə daha çox məlumat əldə etdikdə üzv-dövlətləri və ictimaiyyəti məlumatlandıracağıq”.

  •  (0)
  •  (1)