Uşaqlara öskürmək qadağan edildi – CƏZASI VARbackend

Uşaqlara öskürmək qadağan edildi – CƏZASI VAR

Böyük Britaniyada məktəblərdə bilərək öskürmək və koronavirusla bağlı zarafatlaşmaq qadağan edilib.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, qərar məktəblərin fəaliyyətində koronavirus pandemiyasına görə yaranan fasilənin aradan qaldırılması çərçivəsində qəbul edilib.

Qaydanı pozanlar məktəbdən xaric ediləcək.

Bundan başqa, Derbi şəhərində fəaliyyət göstərən məktəblərdə hər sinif üçün bir sanitar qovşağı ayrılıb. Digər sinfin sanitar qovşağına daxil olanlar cəzalandırılacaq.

Qeyd edək ki, Böyük Britaniyada 20 martda bağlanan məktəblərin fəaliyyəti bu gündən etibarən bərpa edilib.

  •  (0)
  •  (0)